Top.Mail.Ru

DÜNYA

Hindistanda tunelin çökməsi nəticəsində 10 nəfər ölüb

Xilasedicilər Hindistanın şimalında Cammu-Şrinaqar magistralındakı tunelin dağıntıları altından 10 işçinin cəsədini çıxarıblar.

KAİM.az-ın əlumatına görə, itkin düşənlərin hamısının cəsədləri tapıldığı üçün ölənlərin axtarışı başa çatıb.

Cəsədlər artıq rayon xəstəxanasına çatdırılıb, onların şəxsiyyəti müəyyənləşdirilir. İlkin məlumatlara görə, çökmə cümə axşamı axşam saatlarında tikilməkdə olan tunelin yerləşdiyi bölgədə sürüşmə nəticəsində baş verib.

Loading...
Yazının davamı reklamdan sonra

Axtarış-xilasetmə əməliyyatı cümə günü yeni sürüşmələrə görə dayandırılıb və şənbə günü bərpa edilib.

Tikinti şirkətilə bağlı insan tələfatına səbəb olan səhlənkarlıq maddəsilə cinayət işi qaldırılıb.

Polis hadisənin başvermə şəraitini araşdırır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button