DÜNYA
Şimali Koreyada 186 min yeni COVID xəstəsi qeydə alınıb

Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) mayın 22-də verdiyi məlumata görə, son sutka ərzində ölkədə təxminən 186 min yeni koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb.
KAİM.az bildirir ki, gün ərzində cəmi bir nəfər COVID-19-dan ölüb. Bununla da, virusun qurbanlarının sayı 67-ə çatıb.
Həmçinin, indiyədək Şimali Koreyada koronavirusa yoluxanların ümumi sayı təxminən 2,64 milyon nəfər təşkil edib. Onlardan 2,06 milyonu sağalıb, 579 mini isə hazırda müalicə olunur.
Loading...
Yazının davamı reklamdan sonra