Top.Mail.Ru

DÜNYA

Rusiya donanmasını yenidən qruplaşdırır: “Admiral Makarov” kreyseri Qara dənizə daxil oldu

Rusiya Federasiyasının Qara Dəniz Donanmasının yenidən qruplaşdırılması davam edir. Belə ki, Rusiyanın “Admiral Makarov” kreyseri Qara dənizə daxil olub.

Bu barədə Odessa Regional Hərbi Administrasiyasının nümayəndəsi Sergey Bratçuk özünün “Telegram” kanalında bildirib.

“Qara dənizdə düşmən müvafiq texnikanı, ilk növbədə hava hücumundan müdafiə vasitələrini cəlb edərək Zmeyinı adasında möhkəmlənməyə çalışır”, – deyə Bratçuk izah edib.

Loading...
Yazının davamı reklamdan sonra

O, “Moskva” kreyserinin ekipajının “fləş-mob”una “Admiral Makarov”un da qoşulacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna ordusunun Zmeyinıda işğalçılara vurduğu zərərin peyk görüntüləri yayılmışdı.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button