Top.Mail.Ru

DÜNYA

Moldovanın sabiq prezidentinin həbsinin görüntüləri yayıldı –

Moldovanın sabiq prezidenti İqor Dodonun həbsinin görüntüləri yayılıb.

KAİM.az bildirir ki, keçmiş dövlət başçısı Cinayət Məcəlləsinin dövlətə xəyanət də daxil olmaqla dörd maddəsi ilə açılmış cinayət işi çərçivəsində 72 saatlıq saxlanılıb.

Məlumata görə, İnformasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşları Korrupsiyaya Qarşı Mübarizə üzrə Prokurorluqla birlikdə Dodonun və qohumlarının evində axtarışlar aparıblar.

Loading...
Yazının davamı reklamdan sonra

Axtarışlar zamanı Dodonun yaxınlarının evlərindən on minlərlə avro, eləcə də qanunsuz varlanmada şübhəli bilinən iqtisadiyyat nazirinin keçmiş müavini Vitali Yurkunun Dodona hədiyyə etdiyi şahmat tapılıb.

Qeyd edək ki, hazırda sabiq prezident, həmçinin “Passiv korrupsiya”, “Siyasi partiyanın kriminal təşkilat tərəfindən maliyyələşdirilməsi”, “Qanunsuz varlanma” maddələri üzrə də ittiham olunur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button