Top.Mail.Ru

DÜNYA

SON DƏQİQƏ! Hulusi Akar müjdəli xəbəri AÇIQLADI – Türkiyə ilə Azərbaycan arasında…

“Türkiyə ilə Azərbaycan arasında hərbi təlimlər davam edəcək”.

KAİM.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun sədrliyi ilə nümayəndə heyətləri arasında keçirilən görüşdə deyib.

Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan torpaqları azad etdiyi “Bir Vətən əməliyyatı” ilə iki ölkə arasındakı dostluq və qardaşlığın daim möhkəmləndiyini ifadə edən nazir Akar “iki dövlət, bir millət” anlayışı ilə hərəkət etməyə davam etdiklərini bildirib.

Loading...
Yazının davamı reklamdan sonra

Türkiyənin Azərbaycana dəstəyinin keçmişdə olduğu kimi bundan sonra da artacağını bildirən Akar hərbi təlimlərin də davam edəcəyini bildirib.

Milli müdafiə naziri Akar əlavə edib ki, Qarabağ zəfəri Qafqazın tarixində çox mühüm yer tutur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button