Top.Mail.Ru

DÜNYA

TƏCİLİ! Rusiyadan Türkiyəyə qarşı XAİN ADDIM – Türk ordusu yüksək rütbəli rus zabitləri…

Türkiyənin Suriyanın şimalındakı beşinci antiterror əməliyyatı üçün geri sayım davam edir. Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu (SMO) əməliyyat üçün əmr gözlədiyi vaxtda PKK/YPG terror təşkilatı ABŞ, Rusiya və Əsəd rejimi ilə gizli danışıqlar aparır.

KAİM.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Türk nəşrinin iddiasına görə, PKK Türkiyəni dayandırmaq üçün yerdəki bütün aktorlarla gizli danışıqlar aparıb, son 10 gündə ən azı 4 dəfə ruslarla və rejimin nümayəndələri ilə görüşüb.

Loading...
Yazının davamı reklamdan sonra

İlk görüş Təl-Rıfatda olub. Rusiya, Əsəd rejimi və PKK üzvləri arasında keçirilən üçtərəfli görüşə İran nümayəndələri daxil edilməyib. Görüşün əsas mövzusu “Türkiyənin Mənbiç və Təl-Rıfatı da əhatə edəcək əməliyyatının qarşısını almaq” və “PKK-ya zəmanət” olub. Əməliyyatdan qorxan PKK Rusiya və Əsəd rejimindən əməliyyatın dayandırılmasını və təhlükəsizliyin təmin edilməsini istəyib. Terrorçular Rusiyadan Təl-Rıfata hərbi qüvvə göndərməsini istəyiblər.

 

Rusiya, PKK və rejim arasında digər görüş rusların Xmeymim bazasında baş tutub. Bu görüşdə Təl-Rıfat və Mənbiçin təhvil verilməsinə qarşılıq PKK-ya təminatın verilməsi təklifi masaya gəlib. Amma PKK adından görüşə qatılan heyət, “Bizim belə bir razılaşmaya ixtiyarımız yoxdur” deyərək, Qəndildəki liderlərinə işarə edib.

Üçüncü görüş isə Mənbiçdə keçirilib. Son görüş isə Qamışlıda olub. Buradakı görüşdə digərlərindən fərqli olaraq yüksək rütbəli rus zabitlərinin də iştirak etdiyi məlum olub. Görüşlərdə hansı qərarın qəbul edildiyi maraq doğursa da, danışıqlardan sonra bölgədə hərbi aktivlik diqqətdən yayınmayıb. Belə ki, Əsəd rejimi Təl-Rıfat və Ayn İsa yaxınlarında xeyli sayda hərbi qüvvə göndərib. Amerijkalılar da PKK/YPG burada işlərini sürətləndirib. Həmin görüşlərdən sonra PKK/YPG nümayəndələri ilə danışıqlar aparan ABŞ təşkilata dəstək vədi verib.

// teleqraf.com

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button