Top.Mail.Ru

DÜNYA

Suriyada mina partlayışı nəticəsində 8 nəfər həlak olub, onlarla yaralı VAR

Suriyanın Deraa əyalətində terrorçular tərəfindən yerləşdirilən minanın partlaması azı 8 mülki şəxsin ölümünə səbəb olub.

KAİM.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Məlumata görə, mina Deyr əl-Adas bölgəsində kənd işçilərinin olduğu yük maşınının keçdiyi yolun kənarında quraşdırılıb.

Loading...
Yazının davamı reklamdan sonra

“Partlayışın qurbanları beş nəfər olub, daha üç nəfər aldığı xəsarətlərdən xəstəxanada ölüb, həkimlər onları xilas edə bilməyib”, – Səhiyyə Departamentinin rəhbəri Əşrəf Barmu bildirib. Onun sözlərinə görə, hadisə zamanı daha 27 nəfər xəsarət alıb, onlardan 17-si xəstəxanaya yerləşdirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button