Top.Mail.Ru

DÜNYA

Kabildə məbəddə baş verən partlayışlarda 2 nəfər ölüb

Kabildə sikxlər və hinduların məbədində baş verən partlayışlar nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

KAİM.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Taliban” hökumətinin Daxili İşlər Nazirliyinin sözçüsü Abdul Nafi Thakur qanlı hadisənin səhər saatlarında Karte-e Pərvan bölgəsində baş verdiyini bildirib. Onun sözlərinə görə, əməliyyat zamanı hücum edənlər məhv edilib.

Loading...
Yazının davamı reklamdan sonra

Məbədin bir hissəsi yanıb, yaxınlıqdakı tikililərə ziyan dəyib.

Hadisə şahidlərinin sözlərinə görə, hücum hinduların və sikxlərin dini ayinlər keçirdikləri bir vaxtda həyata keçirilib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

12:44
Kabilin şimalındakı Karte Parvan məhəlləsində yerləşən sikh məbədində azı beş partlayış baş verib, ərazi “Taliban” yaraqlıları tərəfindən mühasirəyə alınıb və silahlı qarşıdurma davam edir.

KAİM.az xəbər verir ki, bu barədə Aamaj News”a istinadən xəbər verir.

Bildirilir ki, hücum edən silahlılar hazırda məbəddə bloklanıb.

Qeyd edək ki, Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Bağçi ölkəsinin məbədə hücumla bağlı xəbərlərdən “ciddi narahat” olduğunu və hadisəni diqqətlə izlədiklərini bildirib.

Əfqanıstandakı heç bir silahlı qruplaşma məbədə hücuma görə məsuliyyəti üzərinə götürməyib.

09:12
Əfqanıstanın paytaxtı Kabildə bu gün sikh məbədində partlayış baş verib.

KAİM.az xəbər verir ki, bu barədə Reuters”ə istinadən xəbər verir.

Bildirilib ki, məbəddə 30-a yaxın adam olub. Neçə nəfərin öldüyü və yaralandığı məlum deyil.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button