Top.Mail.Ru

DÜNYA

Bu ölkənin Türkiyəyə qarşı xain planı DEŞİFRƏ EDİLDİ – Ordu hücuma KEÇDİ

PKK/PYD terror təşkilatının İsveç banklarında açılan hesablarına göndərilən yardım və ianələri İraq və Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələrinə qarşı istifadə edilən silah və sursatların tədarükü üçün xərclədiyi üzə çıxıb.

KAİM.az xəbər verir ki, İsveç banklarında maliyyə dəstəyi üçün hesablar açan təşkilat bir tərəfdən Türkiyəyə qarşı hər cür terror fəaliyyətinə dəstək verir, digər tərəfdən NATO-ya üzv olmaq istəyən İsveçdən hərbi sursatdan başqa, tibbi avadanlıq da daxil olmaqla hər cür maddi yardım alır.

Loading...
Yazının davamı reklamdan sonra

PKK/PYD/YPG-nin İsveç bankındakı ortaq hesab nömrəsi deşifrə edilib.

Bu barədə jurnalist Əbdürrəhman Şimşək “A Haber”in canlı yayımında məlumat verib:

“İsveçdəki dərnəklər vasitəsilə ianə adı altında Qəndilə pul göndərilir. “Bankgirot” adlı bank vasitəsilə “məktəb təmiri”, “tibbi yardım” kimi adlar altında PKK-ya pul transfer edilir”.

Jurnalist artıq İsveçdən terror təşkilatına yardımın açıq formada aparıldığını deyib:

“Pullar açıq hesab vasitəsilə toplanır. İsveçdəki rəsmi sorğularda belə bu haqda məlumat əldə edə bilərsiniz. Pullar mobil ödəmə ilə birbaşa Qəndilə çatdırılır. Suriyada Əsədin qurbanına çevrilmiş uşaqların fotolarından istifadə edilərək pullar yığılır. Bu, birbaşa PKK-nın hesabıdır”.

Hələlik Ankaradan məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button