Top.Mail.Ru

DÜNYA

Əfqanıstanın şərqində baş verən zəlzələ nəticəsində azı 920 nəfər ölüb, 620-yə yaxın insan yaralanıb

Əfqanıstanın şərqində baş verən zəlzələ nəticəsində azı 920 nəfər ölüb, 620-yə yaxın insan yaralanıb.

KAİM.az xəbər verir ki, bu barədə ölkənin təbii fəlakətlərin aradan qaldırılması üzrə müvəqqəti hökumətinin nazir müavini “TOLOnews” telekanalına məlumat verib.

Daha öncə 300-ə yaxın ölü, 600-ə yaxın yaralı olduğu bildirilirdi.

Loading...
Yazının davamı reklamdan sonra

09:24
Əfqanıstanın şərqində yerləşən Paktika əyalətində 5,8 bal gücündə zəlzələ olub.

KAİM.az Qətərin “Al Jazeera” televiziyasına istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində azı 255 nəfər ölüb, 150 nəfər xəsarət alıb.

Lakin hadisə ilə bağlı məlumat qıtlığı var.

Eyni zamanda, “Baxtar” xəbər agentliyi xilasedicilərin bölgəyə helikopter vasitəsilə daşındığını açıqlayıb.

Qeyd edək ki, daha öncə ABŞ-ın “The Washington Post” qəzeti zəlzələdə 155 nəfərin öldüyünü yazıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button