Top.Mail.Ru

DÜNYA

Rusiya PUA-sı Türkiyə ərazisinə düşüb

Türkiyənin Gümüşhane şəhərinin Kürtün rayonunda dağlıq ərazidə qəzaya uğramış Rusiyanın “Orlan-10” pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

KAİM.az “Haber Global”a istinadən xəbər verir ki, nə zaman düşdüyü müəyyən edilməyən PUA-nı göbələk yığımına gedən vətəndaşlar tapıb.

1400 kilometr mənzilli PUA-nın müharibə səbəbindən Ukrayna və ya Suriyadan siqnal itdikdən sonra bu bölgəyə gəlib çatdığı güman edilir.

Loading...
Yazının davamı reklamdan sonra

Təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerindən götürülən PUA ekspertiza üçün paytaxt Ankaraya göndərilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button