DÜNYA
Ən yaxın dostu Paşinyanı sərt tənqid etdi: “Mən sənin evinə girsəm xoşuna gələr?”

“26 il öncə başqasının ölkəsinə girib, orada ağalıq edir, evlər tikir, mədən istismar edirdiniz. İndi torpağın sahibi gəlib deyir ki, çıxın, biz isə bunun razılaşmaya daxil olmadığını söyləyirik. Budur sizin səviyyəniz? Öz iş masamı sizin evə qoysam, xoşunuza gələr?”
KAİM.Az xəbər verir ki, bunu məşhur erməni biznesmen Armen Martirosyan “Facebook”da yazıb.
Ermənilərin etiraz və hədələrindən sonra biznesmen paylaşımını silib və profilini bağlayıb.
Qeyd edək ki, “Antares” holdinqinin sahibi olan Armen Martirosyan Ermənistan Baş naziri Nikol Paşinyanın yaxın dostudur və bütün mətbu işlərini həll edən şəxsdir.
Kənan