Top.Mail.Ru

DÜNYA

Müharibənin gedişi Vladimir Putinin səhhətindən asılı olacaq – Ukrayna kəşfiyyatı

“Rusiya Prezidenti Vladimir Putin başa düşür ki, Ukraynadakı müharibə Rusiyanın çöküş müharibəsi olacaq”.

KAİM.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

“Putin Rusiya imperiyası ilə, Rusiyanı Avropaya gətirən I Pyotrla tarixi paralellər aparır. O, artıq Rusiya ilə İsveç arasında 21 il davam edən müharibədən danışır. Yəni o, artıq başa düşür ki, başlatdığı bu müharibə onun istədiyi kimi iki həftəyə bitməyəcək. O, başa düşür ki, bu, bizim başa düşdüyümüz kimi, çöküş müharibəsi olacaq” – o söyləyib.

Loading...
Yazının davamı reklamdan sonra

V.Skibitski hesab edir ki, yaxın gələcəkdə nə Rusiyada dövlət çevrilişi, nə də V.Putinin mövqeyində dəyişiklik baş verəcək: “Bu, ən azı bu ilin sonuna qədər belə olacaq. Hər şey onun səhhətinin vəziyyətindən asılı olacaq. Amma bu da, təxminən, 2-3 illik məsələdir. Hər halda zaman Rusiyanın əleyhinə işləyir”.

Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, V.Putin danışıqlar aparmaq istəmir, lakin Ukraynanın iri şəhərlərində “yeni Qroznı” yaratmaq niyyətindədir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button