Top.Mail.Ru

DÜNYA

Türkiyə Rusiyanı qarşısına ALDI – “Bayraktar”lar Ukraynaya PULSUZ VERİLƏCƏK

Türkiyənin pilotsuz təyyarə (PUA) istehsalçısı “Baykar”şirkəti Ukrayna xalqının yeni “Bayraktar”lar alınması üçün həmrəylik nümayiş etdirib olduqca tez bir zamanda vəsait toplamasına görə, xoş niyyət göstərərək döyüş dronlarının 3-nü bağışlamağa qərar verib.

KAİM.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə istehsalçı “Baykar” şirkətinin rəsmi twitter səhifəsində açıqlama yayılıb.

“Baykar” şirkəti yeni “TB2 Bayraktar”lar üçün ödənişi qəbul etməyəcək və 3 İHA-nı Ukrayna cəbhəsinə pulsuz göndərəcək. Biz xahiş edirik ki, toplanan vəsait Ukrayna xalqının mübarizəsində kömək üçün istifadə edilsin. Biz bu həmrəylikdən və çətinliklər qarşısında verilən mücadilədən mütəəssir olduq”,-deyə şirkətin bəyanatında bildirilib.

Loading...
Yazının davamı reklamdan sonra

Xatırladaq ki, bundan öncə ukraynalı teleaparıcı Sergey Pritula və blogger İqor Laçenkov ölkə vətəndaşlarından üç “Bayraktar” PUA-sının alınması üçün 450 milyon qrivna (20 milyon 500 min ABŞ dolları) vəsait toplamaqla bağlı müraciət etmişdi. Həmin müraciətdən sonra ölkə daxilində cəmi 3 gündə 4 ədəd “Bayraktar”a yetəcək qədər pul yığılmışdı.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button