Top.Mail.Ru

DÜNYA

Rusiya iyunun 25-26-da Ukrayna ərazisinə ümumi dəyəri 150-220 milyon dollar olan raket atıb

Rusiya iyunun 25-26-da Ukrayna ərazisinə ümumi dəyəri 150-220 milyon dollar olan raket atıb.

KAİM.az xəbər verir ki, bunu ABŞ-ın məşhur “Forbes” nəşri yazıb.

Həmin günlərdə Rusiya Ukrayna ərazisinə 60-80 uzun mənzilli raket atıb. Raketlərin əksəriyyəti Jitomir (30) və Çerniqov (20) vilayətlərinə düşüb. Bundan başqa, Kiyev, Xmelnitski, Lvov və Dnepropetrovsk vilayətləri də Rusiya qoşunlarının raket hücumlarına məruz qalıb.

Loading...
Yazının davamı reklamdan sonra

Məlumata görə, Rusiya əlində olan bütün raketlərdən, o cümlədən, “Toçka-U”, “X-22”, “Oniks”, “İskəndər”, “Kalibr” və “X-101” raketlərindən istifadə edir.

Xatırladaq ki, bazar ertəsi, iyunun 27-də Rusiya Ukrayna şəhərlərinə raket zərbələri endirməkdə davam edib. Raketlərdən biri Poltava vilayətinin Kremençuq şəhərindəki ticarət mərkəzinə düşüb. Hücum nəticəsində indiyədək 18 nəfərin öldüyü məlumdur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button