Top.Mail.Ru

DÜNYA

SON DƏQİQƏ! Son aylarda kəskin narazılığa səbəb olan nazir İSTEFA VERDİ

Argentinanın iqtisadiyyat naziri Martin Quzman vəzifəsindən istefa verib.

KAİM.az xəbər verir ki, nazir istefası barədə Prezident Alberto Fernandesə ünvanlanan məktubu tviterdə dərc edib.

“Tamamilə unikal ssenari ilə yadda qalan bu 30 aydan çox iş zamanı mənə və nazirlikdə formalaşdırdığımız komandaya göstərdiyiniz etimada görə Sizə təşəkkürümü bildirirəm. Hökumətimiz hakimiyyətə gələndə Argentina dərin iqtisadi, sosial və borc böhranı bataqlığında qalmışdı ki, bu böhrana əvvəlcə qlobal pandemiya, sonra isə Ukraynadakı hazırkı müharibə əlavə olundu və bu, beynəlxalq iqtisadi sistemin fəaliyyətini ciddi şəkildə pozdu”, – M.Quzman məktubundan vurğulayıb.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, 40 yaşlı Martin Quzman 2019-cu ildən ölkənin iqtisadiyyat nazirliyinə başçılıq edir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button