Top.Mail.Ru

DÜNYA

Müharibə Araşdırmaları İnstitutu: “Rusiya yaxın vaxtda Luqanskın qalan ərazisinə nəzarəti tam ələ ala bilər”

Ukrayna qoşunlarının Donetsk vilayətinin Seversk şəhərinə çəkilməsi Ukrayna qüvvələrinə Rusiyanın işğalçı qüvvələri tərəfindən dərhal mühasirəyə düşmə riskini azaltmağa imkan verəcək.

KAİM.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (MAİ) gündəlik təhlil məlumatında qeyd olunub.

Bildirilib ki, ötən gün Rusiya qoşunları Lisiçanska daxil olaraq şəhəriçi irəliləməyə müvəffəq olub, lakin Ukrayna hərbçiləri Lisiçanskdan qoşunların çıxarılmasını rəsmi şəkildə açıqlamasa da, şəhər ətrafında müdafiə döyüşləri barədə də məlumat verməyib.

Loading...
Yazının davamı reklamdan sonra

Həmçinin, amerikalı analitiklərin fikrincə, Rusiya qüvvələri yaxın günlərdə Luqansk vilayətinin qalan ərazisi üzərində nəzarəti bərqərar edə bilər:

“Çox güman ki, onlar daha sonra Severskdəki Ukrayna mövqelərinə zərbələr endirəcəklər, sonra isə Slavyansk və Baxmuta tərəf dönəcəklər. Ukrayna qoşunlarının Severskə çəkilməsi onların dərhal mühasirəyə düşmə riskini azaltmağa imkan verəcək”.

Analitiklər Rusiya Müdafiə Nazirliyinin iyulun 2-də Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynada Rusiya qoşunlarının bölmələrinə baxış keçirməsi ilə bağlı xəbərinə də münasibət bildiriblər:

“Rusiya rəhbərliyi yüksəkrütbəli zabitlərinin istefası ilə bağlı şayiələrə həssas yanaşır”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button