Top.Mail.Ru

DÜNYA

Türkiyədə illik inflyasiya 79 %-ə çatıb

Bu ilin iyun ayında Türkiyədə aylıq inflyasiya 4,95 %, illik inflyasiya isə 78,6 % təşkil edib.

KAİM.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.

Bunlar proqnozlardan müvafiq olaraq 0,51 faiz bəndi və 0,85 faiz bəndi çoxdur.

Loading...
Yazının davamı reklamdan sonra

Hesabat dövründə ən yüksək illik inflyasiya nəqliyyat (123,37 %), qida və spirtsiz içkilər (93,93 %), ev əşyaları (81,14 %), ən aşağı illik inflyasiya isə rabitə (23,74 %), geyim və ayaqqabı (26,99 %), təhsil (27,76 %) və səhiyyədə (39,34 %) qeydə alınıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button