Top.Mail.Ru

DÜNYA

TƏCİLİ! Türkiyə, Rusiya və İran arasında RAZILAŞMA – Rəsmi Tehran AÇIQLADI

İran və Rusiya avtomobil sənayesi rəsmiləri Moskva və Tehrana qarşı sanksiyaların bu sahəyə ciddi zərbə vurmasından sonra avtomobillərin Türkiyə ilə  birgə dizaynı və istehsalını nəzərdən keçirirlər.

Bu barədə İran Avtomobil Ehtiyat hissələri İstehsalçıları Assosiasiyasının rəhbəri Məhəmmədrza Nəcəfi-Maneş bildirib.

O, bəyan edib ki, üç ölkənin avtomobil istehsalçıları və təchizatçıları arasında üçtərəfli əməkdaşlıq ehtimalı var.
Maneşin sözlərinə görə, avtomobil istehsalçıları ən azı 800 milyonluq bazarı hədəfə ala bilərlər. Assosiasiya rəhbərinin fikrincə sanksiyalar qüvvədə olduğu üçün üç ölkə arasında avtomobil istehsalı sahəsində təklif olunan əməkdaşlıq sürətlə inkişaf edə bilər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button