Top.Mail.Ru

DÜNYA

Dekabrın 26-da saat 00:01-dən etibarən-CİDDİ QADAĞALAR

Dekabrın 26-da saat 00:01-dən etibarən-CİDDİ QADAĞALAR

 

Kanadada insanların sıx yaşadağı Ontario əyalətinin hakimiyyət orqanları yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən 26 dekabrdan etibarən bütün ərazisində vətəndaşlar üçün sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edəcək.

Loading...
Yazının davamı reklamdan sonra

 

 

Kaim.az  Pravda.az-a istinadən xəbər verir ki, bu barədə regionun başçısı Daq Ford jurnalistlərə açıqlamasında bildirib.

 

“Ontarioda yoluxanların sayı artmağa davam edir. Əgər indi tədbir görməsək, nəticələr fəlakətli olacaq. Ontario ərazisində dekabrın 26-da saat 00:01-dən etibarən “lokdaun” rejimi tətbiq edilir”, – deyə Ford qeyd edib. Onun sözlərinə görə, Ottava və Toronto kimi şəhərlərin yerləşdiyi əyalətin cənub hissəsində məhdudiyyətlər 28 gün, şimalında isə 14 gün davam edəcək.

 

Məhdudiyyətlər ilkin zərurət malları satmayan bütün ticarət nöqtələrinin, idman zalları, kafe və restoranların bağlanacağını nəzərdə tutur. Ontarioda 21 dekabrda başlayan qış tətili kiçik sinif şagirdləri üçün yanvarın 11-dək, yuxarı sinif şagirdləri üçün isə yanvarın 25-dək uzadılacaq. Əhaliyə zərurət olmadıqda evlərini tərk etməmək tövsiyə olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button