DÜNYA
Şri-Lankada etirazçılar prezident iqamətgahını ələ keçirib

Şri-Lanknın paytaxtı Kolomboda etirazçılar prezident iqamətgahını ələ keçiriblər.
KAİM.az xəbər verir ki, məlumatı “Adaderana” yayıb.
İqamətgah paytaxtın Canadxipati Mavata rayonunda yerləşir.
Polis aksiya iştirakçılarına gözyaşardıcı qaz tətbiq edib. Asayiş keşikçiləri ilə etirazçılar arasında toqquşma olub. Nəticədə az 33 nəfər yaralanıb.