DÜNYA
Gürcüstanın Baş naziri müsəlmanları təbrik edib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkə müsəlmanlarını Qurban Bayramı münasibətilə təbrik edib.
KAİM.az-ın yerli bürosu xəbər verir ki, o, bayramı sülh, mərhəmət və ümid bayramı olduğunu bildirib.
“Müsəlman həmvətəndaşlarımızı Qurban Bayramı münasibətilə təbrik edirəm. Hamıya firavanlıq, səadət və xoşbəxtlik arzulayıram”, – təbrikdə deyilir.
Qeyd edək ki, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi, barışıq və vətəndaş bərabərliyi üzrə dövlət nazirinin Aparatı da ölkənin müsəlman icmasını təbrik edib.