Top.Mail.Ru

DÜNYA

SON DƏQİQƏ! 1600-dən çox təxribatçı diversant ƏLƏ KEÇDİ – Düşmən TƏLƏYƏ DÜŞDÜ

Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri, təxribat fəaliyyətində iştirak edən 1600-dən çox insan saxlanılıb.

KAİM.az “UNIAN”a istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin məlumat verib.

“Ukrayna ərazisində 164 gün davam edən müharibə zamanı yüzə yaxın təxribat və kəşfiyyat qrupu ifşa edilib, təxribat fəaliyyətində iştirak edən 1600-dən çox insan saxlanılıb. Mən öz feysbuk səhifəmdə tez-tez təxribatçılar və onların şərikləri haqqında yazıram”- deyə, o bildirib.

Loading...
Yazının davamı reklamdan sonra

Onun sözlərinə görə, təxribatçıların əlaltıları ruslarla 5-10 min qrivenə qarşılığında əməkdaşlıq etməyə razılaşırlar: “Mükafat üçün satqınlar Ukrayna Silahlı Qüvvələrinin mövqelərinin yeri, nəzarət-buraxılış məntəqələri, həmçinin raketlərin gəldiyi yerlər haqqında məlumat verirlər”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button