Top.Mail.Ru

DÜNYA

SON DƏQİQƏ! Düşmən ordusu hücuma KEÇDİ – Bu ərazilər işğal təhlükəsi ilə ÜZ-ÜZƏ

Rusiya qoşunları Donetsk vilayətində hücum əməliyyatlarını davam etdirir. İndi onların əsas məqsədləri Piskini ələ keçirmək və M04 şosesinə nəzarəti gücləndirməkdir.

KAİM.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat hesabatında bildirilib.

Rusiya ordusu cənub bölgələrindəki mövqelərini gücləndirmək və Ukrayna Silahlı Qüvvələrinin potensial əks-hücumunun qarşısını almaq üçün bölmələrini yenidən istiqamətləndirməyə başlayıb. Bununla yanaşı, ruslar Donetskdə vilayət mərkəzinin şimalına hücumlarını davam etdirirlər.

“Xüsusilə ağır döyüşlər Donetsk hava limanı yaxınlığında yerləşən Piski qəsəbəsində gedir. Qəsəbə uğrunda döyüşlərin uzun zaman davam edəcəyini təxmin etmək olar. Ərazi 2014-cü ildən Donbasda cəbhə xəttindədir”, – ingilis kəşfiyyatı bildirib.

 

Mənbə Rusiyanın hücumunda əsas hədəflərindən birinin M04 magistralının təhlükəsizliyini təmin etmək olduğunu qeyd edib.

Bundan əvvəl Donetsk vilayətinin rəhbəri Pavlo Kirilenko Piskinin Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olduğunu açıqlayıb . Bununla belə, ruslar hücuma keçərək qəsəbəni işğal etməyə çalışırlar. Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının son açıqlaması da təsdiqləyir.

Bənzər yazılar

Back to top button