Top.Mail.Ru

DÜNYA

SON DƏQİQƏ! Türkiyə ərazilərinə raket zərbələri ENDİRİLDİ – Şəhid və çoxlu sayda yaralı VAR

Terrorçuların Türkiyənin Şanlıurfa vilayətində sərhəd zastavasına hücumu nəticəsində 1 əsgərin şəhid olduğu, 4-nün isə yaralandığı açıqlanıb.

KAİM.az xəbər verir ki, olay Şanlıurfanın Birəcik rayonunda baş verib.

Məlumata görə, terrorçular Suriyanın Ayn əl-Ərəb bölgəsindən zastavaya raket zərbəsi endiriblər.

Loading...
Yazının davamı reklamdan sonra

Terrorçuların hücumu nəticəsində zastavada olan bəzi əsgərlər yaralanıb. Yaralı əsgərlər xəstəxanaya yerləşdirilib.

Şanlıurfa valisi Saleh Ayhan terror aktı nəticəsində 1 əsgərin şəhid olduğunu, yaralanan 4 əsgərin isə xəstəxanada müalicə altına alındığını bildirib.

Türkiyə Silahlı Qüvvələrinin bölmələri hücumun baş verdiyi Ayn əl-Ərəbdəki terrorçuların hədəflərini artilleriya və çoxlüləli reaktiv yaylım atəş sistemləri ilə atəşə tutub.

Bənzər yazılar

Back to top button