Top.Mail.Ru

DÜNYA

SON DƏQİQƏ! Putin hakimiyyətdən GEDİR – İmperatoru devirmək üçün KÜÇƏLƏRDƏN DƏSTƏK

“Vladimir Putin öz komandası daxilində ona qarşı olan bəzi konstruktiv qüvvələr tərəfindən devrilə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı keçmiş deputat və hüquqşünas Mark Feygin deyib.

“Hakimiyyət daxilində müəyyən konstruktiv qüvvələr var. Hesab edirəm ki, onların bir qrupu Putinə qarşıdır və onu devirmək gücünə malikdir. Qənaətimə görə, onlar hakim komandanın müəyyən hissəsini qurban verməklə, öz nəzarət rıçaqlarını qoruyub saxlamağa çalışırlar”, – sabiq deputat bildirib.

Feyginin fikrincə, bu konstruktiv qüvvələr Ukraynadakı müharibənin məsuliyyətini bölüşmək istəmirlər: “Hadisələrin belə bir gedişatı istisna deyil. Zənnimcə, küçələrdən də bu qüvvələrə dəstək gələcək”.

Bundan əvvəl Mark Feygin iddia etmişdi ki, Rusiya ordusu Ukraynada tam məğlubiyyətə uğrasa, Krım və Donbas da daxil olmaqla bu ölkənin işğal edilmiş bütün ərazilərindən geri çəkilsə, o zaman Putinin hakimiyyətinə son qoyulacaq.

Bənzər yazılar

Back to top button