Top.Mail.Ru

DÜNYA

SON DƏQİQƏ! Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı ŞAD XƏBƏR – Ordu 50 km İRƏLİLƏDİ

Xarkov istiqamətində Ukrayna hərbçiləri uğurlu əks-hücum əməliyyatı keçirir və üç gün ərzində demək olar ki, 50 kilometr irəliləyib.

KAİM.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

“Ukrayna Silahlı Qüvvələri bacarıqlı və əlaqələndirilmiş hərəkətlər sayəsində yerli əhalinin dəstəyi ilə 3 gün ərzində demək olar ki, 50 kilometr irəliləyib”, – məlumatda bildirilir.

Baş Qərargah bildirdiyinə görə, düşmən bölmələri xeyli itki verib:

 

“İşğalçılar yaralı şəxsi heyəti və zədələnmiş hərbi texnikanı Olxovatka və Borodoyarskoe yaşayış məntəqələrinin ərazilərinə gətirnməyə çalışırlar. İşğalçı qoşunların mülki geyimli şəxsi heyəti fərariliyə əl ataraq Rusiya Federasiyası ərazisinə qayıtmağa çalışır. Gün ərzində 15-dən çox belə hal qeydə alınıb”.

Bənzər yazılar

Back to top button