Top.Mail.Ru

DÜNYA

SON DƏQİQƏ! Yeni anti-terror əməliyyatının anonsu VERİLDİ – Prezidentdən AÇIQLAMA

“Suriyadakı terror təşkilatlarının milli təhlükəsizliyimizə təhdid yaratmasına imkan verməyəcəyik”.

KAİM.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bildiyiniz kimi, Suriyada bir çox terror təşkilatı var. Bu terror təşkilatlarının milli təhlükəsizliyimizə təhdid yaratmasına imkan verməyəcəyik. Ona görə dedik ki, yerlərdə bu istiqamətdə lazımi işlər görməliyik və bu işləri görürük. Separatçı terror təşkilatlarına qarşı səylərimiz əslində Suriyanın birliyinin və ərazi bütövlüyünün təminatıdır, amma rejim indiyədək onlara qarşı heç bir addım nəzərdə tutmayıb və indi də bu barədə heç nə etmir. Bu terror təşkilatlarının anladığı və anlaya biləcəyi bir dil var. Biz də onlarla bu dildə danışmalıyıq.

Türkiyənin kükrəməsi nə deməkdir? Türkiyənin necə kükrədiyini onlar da bilirlər. Ona görə də “bir gecə qəfil gələcəyik” və ya “bir gecə qəfil orada olacağıq” deyəndə terror təşkilatları nə demək istədiyimizi bilirlər. Hardan bilirlər? Təndürəkdən, Cudidən, Qabardan, Bestler Dərələrdən bilirlər. Başqa haradan bilirlər? Transsərhəd əməliyyatlarımızdan bilirlər. Şəhidlərimiz oldu. Amma şəhidlərimizin bədəli çox ağırdır və o bədəli ödəyəcəklər”, – Türkiyə lideri qeyd edib.

Bənzər yazılar

Back to top button