Top.Mail.Ru

DÜNYA

SON DƏQİQƏ! Daha iki ölkə arasında MÜHARİBƏ – Havada və suda DƏHŞƏTLİ TƏCAVÜZ

Son sutka ərzində Tayvan adasının ətrafında Çinin 42 döyüş təyyarəsi, 1 dronu və 9 döyüş gəmisi görülüb.

KAİM.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

Təyyarələrdən 17-nin Tayvan boğazında tərəflərin təsir zonalarını məhdudlaşdırdığı hava və dəniz xəttinin şərqinə, 1 təyyarə və PUA-nın isə adanın cənub-qərbinə uçduğu bildirilib.

9 ədəd SU-30, 4 ədəd J-16 və 4 ədəd J-10 döyüş təyyarəsi Tayvan boğazında “orta xətt”i keçib. Açıqlamada adanın ətrafında görülən 42 döyüş təyyarəsi, 1 PUA və 9 gəminin elektron izləmə cihazları, patrul təyyarələri, gəmilər və raket sistemləri ilə izləndiyi qeyd edilib.

 

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin avqustda adaya səfərindən sonra Tayvan və Çin arasında gərginlik artıb. Çin ordusu bundan sonra Tayvan ətrafında təlimlərə başlayıb.

Bənzər yazılar

Back to top button