Top.Mail.Ru

DÜNYA

SON DƏQİQƏ! Xameneinin ölüm xəbəri ilə bağlı yeni detallar BƏLLİ OLDU – İki gündür ki…

İki gündür sosial şəbəkələrdə İranın Ali dini lideri Əli Xameneinin ağır xəstə olması, buna görə ali şuranın toplantısının təxirə salınması barədə məlumatlar yayılır. “Amerikanın səsi” Şərqi Azərbaycan vilayətinin Mütəxəssislər Məclisindəki nümayəndəsi Haşim Həşimzadə Hərisinin iclasın Əli Xameneini “narahat etməmək üçün” təxirə salındığı ilə bağlı açıqlamasını yayıb. Bu isə müxtəlif iddiaların daha da genişlənməsinə səbəb olub.

Xameneinin vəziyyətinin son dərəcə kritik olduğu, hətta vəfat etdiyi, buna görə də onun oğlu Müctəbanın İranın Ali rəhbəri vəzifəsinə hazırlandığı haqqında xəbərlər yayılmaqdadır.

KAİM.az xəbər verir ki, İran səfirliyindən verilən açıqlamada yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.

 

“Bizdə olan məlumata görə, Xamenei vəfat etməyib. Ağa sağ-salamatdır və heç bir problemi yoxdur. O öz işinin başındadır”, – deyə bildirilib.

Bənzər yazılar

Back to top button