Top.Mail.Ru

DÜNYA

TƏCİLİ! Ukraynadan İran ordusuna AĞIR ZƏRBƏ – Mərkəz VURULDU, hərbçilər MƏHV EDİLDİ

Ukrayna qüvvələri rus ordusunun cənub şəhərlərinə zərbələr endirmək üçün geniş istifadə etdikləri İran dronlarının nəzarət və təlim mərkəzini məhv edə bilər.

KAİM.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) qeyd edir.

Analitiklər bunun hələ də təsdiqlənməmiş məlumat olduğunu vurğulayırlar, çünki nə Ukrayna, nə də Rusiya tərəfi bu barədə rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Ukrayna ordusunun Xerson vilayətinin Çulakovka məntəqəsindəki mərkəzə hücumu barədə ukraynalı hərbi müxbir Andrey Tsaplienkoya məlumat yayıb.

İddia olunur ki, sentyabrın 26-da zərbə nəticəsində rus ordusuna İran PUA-larından istifadə etməyi öyrədən 40 rus və 20 iranlı təlimatçı, o cümlədən “Şahed-136” dron mərkəzi məhv edilib.

Dünən “Cənub” Əməliyyat Komandanlığı uğurlu hücum haqqında məlumat yaysa da, İran dronlarının idarəetmə təlim mərkəzi haqqında informasiya verməyib.

Qeyd edək ki, Kinburq Qara dənizdə rus ordusunun nəzarətində olan və Ukraynanın nəzarətində olan Oçakovdan 4 km məsafədə yerləşən ərazidir.

Qərb analitikləri vurğulayırlar ki, bu, onu Rusiyanın Ukrayna ərazisinin dərinliklərinə hücumlarını istiqamətləndirə biləcəyi Dron İdarəetmə Mərkəzi üçün əla yerdir.

Bənzər yazılar

Back to top button