Top.Mail.Ru

DÜNYA

SON DƏQİQƏ! Putin xalqa “müjdə”ni ELAN ETDİ – Bu ölkənin 15 faizi Rusiyaya BİRLƏŞİR

Ukraynanın rus ordusunun nəzarətində olan Donetsk, Luqansk, Zaporoje və Xerson vilayətlərində sentyabrın 23-də başlayan “Rusiyaya birləşmə referendumu” bu gün başa çatacaq.

KAİM.az xəbər verir ki, Qərb ölkələri, o cümlədən Türkiyə “referendum”u tanımayacaqlarını açıqlayıb.

Böyük Britaniya Müdafiə Nazirliyi Rusiya hakimiyyətinin rəhbərlik etdiyi proseslə bağlı məlumat yayıb.

Nazirliyin iddiasına görə, Prezident Vladimir Putin sentyabrın 30-da parlamentdəki çıxışında Ukraynanın bu ərazilərinin Rusiyaya ilhaqını açıqlayacaq.

“Rusiya hakimiyyəti belə bir açıqlamanın ölkədə vətənpərvərlik hisslərini gücləndirəcəyinə inanır”, – məlumatda bildirilir.

Luqansk, Donetsk, Zaporoje və Xerson Ukrayna ərazisinin təxminən 15 faizini təşkil edir.

Bənzər yazılar

Back to top button