Top.Mail.Ru

DÜNYA

TƏCİLİ! Rusiya yaxınlığında təhlükəli FƏALLIQ – Britaniya hərbi gəmi GÖNDƏRDİ

“Şimal Axını 1” və “Şimal Axını 2” qaz kəmərlərində sızmalar Böyük Britaniyanı hərəkətə keçirib.

KAİM.az xəbər verir ki, Britaniya sualtı qaz və neft boru kəmərlərini və internet kabellərini Rusiyanın təxribatından qorumaq üçün Şimal dənizinə hərbi gəmilər göndərib.

Bu məqsədlə “Type 23” freqatı və tədqiqat gəmisi “Enterprise” Şimal dənizində yerləşdirilib.

Britaniya müdafiə naziri Ben Uollesin Qərbin “Şimal Axını”nda sızmalarla bağlı susması nəticəsində belə bir qərar verdiyi iddia edilib.

Baş verənlər haqda “The Times” qəzetinə danışan Britaniya donanmasının rəsmisi deyib:

 

“Artıq nəyinsə baş vermə ehtimalı azdır. Amma hələ də narahatlıqlar var. Yaxşı radar və naviqasiya olan gəmidən yaxşı nə ola bilər?”

Bir sıra Qərb dövlətləri “Şimal Axını” borularında baş verənləri “Rusiya təxribatı” adlandırırlar. Məlum olaydan sonra Avropanın infrastrukturunun ciddi risk altında olduğu barədə xəbərdarlıq edilib. Norveç də bölgədə təhlükəsizliyini gücləndirib.

Bənzər yazılar

Back to top button