Top.Mail.Ru
DÜNYA

SON DƏQİQƏ! Putin daha iki ölkəni HƏDƏF ALDI – Sergey Şoyqu müharibə anonsu VERDİ

Rusiya müdafiə naziri Sergey Şoyqu dünən nüvə təlimlərinin “düşmənlərin mümkün hücumları”na hazırlaşmaq üçün keçirildiyini deyib. Nüvə təlimini Rusiya Prezidenti Vladimir Putin də izləyib.

KAİM.az xəbər verir ki, Rusiyanın dövlət televiziyası “Rossiya 1”də bu məsələ geniş müzakirə olunub.

Proqrama qatılan hərb ekspert, ehtiyatda olan polkovnik İqor Korotçenko iddia edib ki, Putin nüvə təlimlərində İngiltərə və ABŞ-ı məhv etmək ssenarisini sınaqdan keçirib.

“Rusiyaya ilk nüvə hücumunu kim edə bilər? ABŞ və ya İngiltərə. Makronun bununla razılaşa biləcəyinə əmin deyiləm. Əsl düşmənlərimizin kim olduğunu və onları nələrin gözlədiyini göstərməyimiz çox vacibdir. Bu, bir təlim deyil. Əgər real olsaydı, İngiltərə Atlantik okeanının dibinə çökərdi, ABŞ-ın yerində isə Stalinin adını daşıyan boğaz olardı”, – polkovnik deyib.

Korotçenko onları şantaj etmədiklərini söyləyib:

“Mesajı verdik. Özlərinə gəlməli, qərarlarını verməlidirlər. Biz nüvə şantajı etmirik. Əgər hədəfə alınsaq, bunu edəcəyik”.

Bənzər yazılar

Back to top button