Top.Mail.Ru

DÜNYA

QİSAS ƏMƏLİYYATI: Terrorçuların yuvaları birbaşa zərbələrlə MƏHV EDİLİR – VİDEO

Türkiyə Milli Müdafiə Nazirliyi Suriya və İraqın şimalında terrorçuların bazalarına qarşı hava əməliyyatının ilk görüntülərini paylaşıb.

KAİM.az xəbər verir ki, bu barədə nazirlik öz “Twitter” səhifəsində yazıb.

“Terrorçuların yuvaları birbaşa zərbələrlə məhv edilir”, – deyə qeyd olunub.

Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, hava əməliyyatı PKK/KCK/YPG terrorçularının Türkiyəyə qarşı hücumlar üçün baza kimi istifadə etdiyi İraq və Suriyanın şimal bölgələrində həyata keçirilir.

Qeyd olunub ki, “Pence-Kilit” hava əməliyyatı BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq terrorizmi mənbəyində məhv etmək məqsədi ilə həyata keçirilir.

Milli Müdafiə Nazirliyi məlumat yayıb ki, əməliyyata 50 təyyarə və 20 PUA cəlb olunub.Yerüstü əməliyyatların da aparılacağı istisna edilmir.

 

Qeyd edilib ki, Türkiyə BMT Nizamnaməsinin 1-ci maddəsinə əsasən, özünü müdafiə məqsədilə bu əməliyyatı həyata keçirib.

Milli.Az

Bənzər yazılar

Back to top button