Top.Mail.Ru

DÜNYA

Putin dünya səhnəsində mövqelərini İTİRİR: Moskvanı tərk edərsə…

“Noyabrın birinci yarısında Asiya ölkələrində keçirilən dünya liderlərinin üç böyük sammiti Rusiya prezidenti Vladimir Putinin dünya səhnəsində mövqelərini itirdiyini açıq şəkildə göstərdi”.

KAİM.az xəbər verir ki, bu barədə CNN yazıb.

Nəşr qeyd edir ki, Putin ikinci plana keçir. Bundan əlavə, Rusiya prezidenti özü də Ukraynadakı müharibəyə görə ciddi şəkildə pisləndiyi Asiya sammitlərinə qatılmaqdan imtina edib. Bununla yanaşı, dünyada Rusiyanın başlatdığı müharibə ilə bağlı narazılıqlar artmaqda davam edir.

“Son doqquz ayda Ukraynaya hücumu bir Avropa ölkəsini viran qoyan və qlobal iqtisadiyyatı çökdürən Putin hər hansı diplomatik toplantılara qatılmaqdan imtina etdi. Bunun əvəzində o, qınaq obyektinə çevrildi”, – nəşr qeyd edib.

“Karnegi” fondunun baş elmi işçisi Aleksandr Qabuev hesab edir ki, Putinin sammitlərə getməmək qərarına təsir edən səbəblər arasında onun paytaxtı tərk edəcəyi təqdirdə avtokrata qarşı mümkün siyasi manevrlər qorxusu, şəxsi təhlükəsizlik vəsvəsəsi və digər səbəblər var.

Bənzər yazılar

Back to top button