Top.Mail.Ru

DÜNYA

PKK Türkiyəyə qarşı GÜCLƏNDİRİLİR – Qanlı dosyedə Güney Azərbaycan DETALI

İstanbulda 6 nəfərin ölümü, 81 nəfərin yaralanması ilə nəticələnən teraktı törədən PKK/PYD/YPG terrorçusu Əhlam əl-Bəşir Türkiyə polisinin 10 saata yaxın davam edən təqibindən sonra gizləndiyi evdə yaxalanmışdı.

KAİM.az Teleqraf.com-a istinadən xəbər verir ki, suriyalı terrorçu ilk dindirilməsində PKK/PYD/YPG-nin “xüsusi kəşfiyyatçı”sı olduğunu və hücum əmrini təşkilatın Kobanidəki liderlərindən aldığını etiraf etmişdi.

Separatçı-terrorçu təşkilat Türkiyədə PKK, Suriyada PYD, İraqda Kürdüstan Demokratik Partiyası (KDP) və İranda Kürdüstan Azad Həyat Partiyası (PJAK) adı altında fəaliyyətini davam etdirir. İşin ən çirkin tərəfi budur ki, molla rejimi PJAK terror təşkilatının İran və Güney Azərbaycandakı fəaliyyətinə özü “yaşıl işıq” yandırıb. Rejim PKK terrorçularından Güney Azərbaycan xalqına qarşı təsir və təzyiq vasitəsi kimi istifadə edir. Eləcə də Azərbaycanın bu tarixi ərazilərinin kürdləşdirilməsi və ya Azərbaycan türklərinin assimilyasiya edilməsi üçün…

Yarandığı gündən bəri dinc insanlara qarşı terrora əl atan PKK bölgə ölkələri üçün ciddi təhlükə yaradır. PKK 35 ildir həyata keçirdiyi terror hücumlarında qadın və uşaq da daxil olmaqla minlərlə dinc sakini qətlə yetirib. 1980-ci illərdən bəri beynəlxalq səviyyədə terror təşkilatı olaraq tanınan PKK indiyədək 40 mindən çox insanın ölümünə səbəb olub.

Suriyadakı rejim zəifləyəndə PKK özünə bu ölkədəki qolları vasitəsilə bölgədə yeni manevr yerləri tapdı. PKK 2003-cü ildə PYD-ni Suriyadakı siyasi qolu, 2011-ci ildə isə YPG-ni silahlı qanadı kimi qruplaşdırıb. Bu gün də PYD və onun silahlı qanadı YPG-nin hərbi-siyasi qərarlarını Qəndildəki PKK liderləri müəyyən edirlər.

PKK-nın Suriya qolu olan YPG Suriyadakı müharibə dövründə bir sıra əraziləri nəzarətə götürən İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə həm dövlət, həm də özəl səviyyədə beynəlxalq dəstək almağa başlayıb.

 

 

YPG PKK terror təşkilatının qolu olsa da, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyadan dəstək alır. Vətəndaş müharibəsində Bəşər Əsəd rejiminə qarşı müxalif qruplara dəstək verəcəyini bəyan edən ABŞ bu çərçivədə Kobanidə İŞİD-ə qarşı PYD/YPG-ni meydana çıxarıb.

ABŞ “İŞİD-ə qarşı mübarizə”də YPG-ni bir növ quru qoşunları kimi istifadə edib və hər cür hərbi, diplomatik və iqtisadi dəstək verib. ABŞ yük təyyarələri ilə PYD/YPG-yə silah, müxtəlif avadanlıq və sursat çatdırıb. ABŞ-ın Suriyadakı piyada qüvvələrinə çevrilən YPG 2015-ci ildə Suriyanın Türkiyə sərhədinə yaxın bir çox bölgələrini işğal edib.

PYD/YPG-yə silah-sursat dəstəyi verən ABŞ 2014-cü ildə də YPG ünsürlərinə təlim keçmək üçün Suriyaya 50-yə yaxın xüsusi təyinatlı hərbçi göndərib.

ABŞ-a bağlı bu xüsusi təyinatlılar YPG terrorçularına pusqu və döyüş taktikası, partlayıcı maddələr və ağır silahlardan istifadə mövzusunda təlimlər keçirib. ABŞ dəfələrlə Türkiyənin sərt təpkilərinə cavab olaraq, YPG və PKK-nın eyni təşkilat olmadığını, silah-sursat və texnika kimi yardımların əslində YPG-yə deyil, İŞİD-ə qarşı mübarizə aparan yerli ünsürlərə göndərildiyini iddia edib.

PKK/PYD 2014-cü ildə internet və sosial şəbəkələr üzərindən əcnəbilərə müraciət edərək, İŞİD-ə qarşı mübarizə adı altında terror təşkilatına üzv olmağa çağırıb. Bu dövrdə bir çox sosial şəbəkə hesabı və “Rojava Aslanları” adı ilə açılan internet səhifələri ingilis dilində hazırlanıb.

BMT aparılan kampaniyanın təsiri ilə Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya, Almaniya, Danimarka, Yunanıstan, Finlandiya, Fransa və Çindən 400-ə yaxın əcnəbi terrorçunun PKK/PYD-yə qoşulduğunu açıqlayıb. Bundan başqa, terror təşkilatının sıralarına İran və Ermənistandan qoşulanlar da var.

Bənzər yazılar

Back to top button