Top.Mail.Ru

DÜNYA

Tarixdə misli görülməmiş ƏMƏLİYYAT – Türk ordusu ilk dəfədir ki…

Türkiyə Silahlı Qüvvələrinin çoxlu sayda döyüş təyyarəsi PKK terror təşkilatının İraq və Suriyadakı mövqelərinə zərbələr endirir.

KAİM.az Teleqraf.com-a istinadən xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi gəlişməni “Xain hücumlara görə hesab vermək vaxtıdır” mesajı ilə paylaşıb.

Təhlükəsizlik mütəxəssisi Abdullah Ağar türk ordusunun yeni antiterror əməliyyatlarına münasibət bildirib.

Ekspert Türkiyə Silahlı Qüvvələrinin indiyə qədərki ən əhatəli antiterror əməliyyatlarına başladığını söyləyib:

“Bunu izlədiyim əməliyyatlar arasında ən əhatəlisi hesab edirəm. Haqqında danışdığımız hər yerin vurulduğunu görürük. İndiyə qədər təsbit edə bildiyim təxminən 15 yer var. İraqda Qəndil, Süleymaniyyə, Ərbil, Dobruk və Mosul tərəfləri var. Şəhərlərin içində də xüsusi nöqtələrin vurulduğunu görürük.

Suriyada sərhədə bitişik bölgələrdə demək olar ki, hər yer hədəfə alınır və vurulur. Məsələn, Şeybada, Təl-Rıfat, Maranez, Malikiyyə, Ayn əl-Ərəb və s.

Əvvəllər belə geniş hava əməliyyatları görməmişdim. Əlbəttə, əvvəllər də tez-tez əməliyyatlar keçirilib, amma beləsi olmayıb. Görünür, çox ciddi və geniş şəkildə araşdırma aparılıb və hazırlıq gedib”.

Ağar PKK-nın özünə mövqe qurduğu bütün nöqtələrin hədəfə alınaraq zərərsizləşdirildiyini vurğulayıb:

“Gördüyümüz budur ki, indiyədək əməliyyat keçirdiyimiz ərazilərin xaricində PKK-nın yuva saldığı, mövqe tutduğu hər yerə zərbələr endirilir. Meydandan aldığım məlumatlar əsasında danışıram. Bu məlumatlar bir çox mənbələrdən gəlir.

Suriya və İraqda belə əhatəli əməliyyat heç vaxt eyni vaxtda həyata keçirilməyib. Tariximizdə ilk dəfədir ki, bu cür intensiv hava əməliyyatları çərçivəsində belə geniş ərazidə terrorla mübarizə aparılır”.

Bənzər yazılar

Back to top button