Top.Mail.Ru

DÜNYA

SON DƏQİQƏ: Ərəb ölkələrindən KRİTİK QƏRAR – Bölgədə güc balansı DƏYİŞİR

 

KAİM.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertləri xatırladıblar ki, Cinpin sonuncu dəfə Səudiyyədə 2016-cı ildə olub:

“Əvvəlki illərdə Səudiyyə Çinin əsas neft təhcizatçısı idi. Pekin sammit vasitəsilə Yaxın Şərq ölkələri ilə əməkdaşlığı genişləndirməyə çalışır.

Çinin ərəb ölkələri ilə sıx əməkdaşlığı Vaşinqtonu ciddi narahat edir. Çin Səudiyyə ilə yanaşı, digər ərəb ölkələri ilə də əməkdaşlıq edir. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri Çinlə yüksək texnologiyalar sahəsində ortaq layihələr reallaşdırır.

ABŞ-ın Çinlə əməkdaşlıq edən varlı ərəb ölkələrinə təzyiqi bu dövlətləri Vaşinqtondan daha çox uzaqlaşdıra bilər. Birləşmiş Ərəb Əmirliklərinin süni intellekt üzrə naziri Ömər Olamanın sözlərinə görə, ölkəsi Çin texnologiyalarından istifadəsini bundan sonra da davam etdirəcək. Əbu-Dabi Çinin Birləşmiş Ərəb Əmirliklərinin sirlərinə malik olması təhlükəsindən qorxmur.

Vaşinqton Birləşmiş Ərəb Əmirliklərinə F-35 qırıcı təyyarələrini satmaqda tərəddüd edir. Çünki Vaşinqton ehtiyat edir ki, təyyarənin içindəki avadanlıqlar Çinin əlinə keçə bilər. Vaşinqton hesab edir ki, Pekin dünyanın müxtəlif ölkələrində Amerika texnologiyalarını ələ keçirməyə çalışır”.

Mərkəzin ekspertlərinin fikrincə, ABŞ-ın ərəb ölkələrinə təsir rıçaqları getdikcə zəifləyir:

“Böyük Britaniyanın “Economist” nəşrinin analizinə görə, Çinin Avropa, Afrika və Yaxın Şərq ölkələrinə ixracının üçdə iki hissəsi Birləşmiş Ərəb Əmirlikləri üzərindən gerçəkləşir. Bu səbəbdən Çinin Birləşmiş Ərəb Əmirliklərinə yatırımlarının həcmi artıb. Birləşmiş Ərəb Əmirlikləri ərəb ölkələri içərisində Çin yatırımlarının miqyasına görə liderdir.

Vaşinqtonun səyləri nəticə vermir. Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Vaşinqtonun istəyinin əleyhinə olaraq Pekinlə hərtərəfli əməkdaşlığa üstünlük verirlər.

Ərəb ölkələrini ABŞ-Çin qarşıdurması maraqlandırmır. ABŞ-ın ərəb ölkələrinə təzyiq alətləri getdikcə zəifləyir. Vaşinqton Səudiyyə Ərəbistanının OPEK + qrupu çərçivəsində neftin istehsalının azaldılması qərarını dəyişdirə bilmədi. Vaşinqton ərəb ölkələrinə sanksiya tətbiq etməyə planlaşdırmır. Çünki ABŞ-ın ərəb ölkələri ilə böyük ticarət əlaqələri var”.

Bənzər yazılar

Back to top button