Top.Mail.Ru
DÜNYA

TƏCİLİ! İki ölkə müharibə məşqlərinə BAŞLADI – Hədəf isə İRANDIR

KAİM.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Avicay Adrai açıqlama verib.

O, İsrail və ABŞ hərbi qüvvələrinin birgə hava təliminə başladığını, iki ölkənin müharibə və hərbi əməliyyatlarının sınaqdan keçiriləcəyi təlimlə yanaşı, bölgədəki təhdidlərlə bağlı fərqli ssenarilərə hazırlaşacaqlarını bildirib.

İsrail rəsmisi hərbi ssenarilərlə bağlı təfərrüatları açıqlamayıb.

Yerli mətbuat İsrail və Aralıq dənizi səmalarında keçiriləcək birgə hava təlimində israilli pilotların İranın nüvə obyektlərini hədəfə almaq üçün uzunməsafəli uçuşlar həyata keçirəcəklərini yazır.

Son aylarda İsrail və ABŞ arasında müxtəlif səviyyələrdə birgə hərbi təlimlər keçirilib.

İsrailin baş qərargah rəisi Aviv Koçavi bir müddət əvvəl ABŞ-a səfərindən sonra regional təhdidlərlə mübarizə üçün Amerika Mərkəzi Komandanlığı ilə birgə fəaliyyətlərin əhatəsinin artırılacağını açıqlamışdı. Koçavi onu da bildirmişdi ki, İsrail ordusu İranın bölgədəki hərbi varlığına qarşı mübarizəni şiddətlə davam etdirəcək.

Sentyabr ayında ABŞ hökuməti İsrailə maliyyə yardımı paketi çərçivəsində bu ölkəni KC-46A tipli dörd hava yanacaqdoldurma təyyarəsi ilə təmin etmək üçün “Boeing” ilə müqavilə imzalayıb.

Bənzər yazılar

Back to top button