Top.Mail.Ru
DÜNYA

SON DƏQİQƏ! Almaniyada DÖVLƏT ÇEVRİLİŞİ: ölkə tarixinin ən böyük ƏMƏLİYYATI KEÇİRİLİR

Almaniya Bundestaqı çevriliş etməyi planlaşdıran sağçı ekstremistlərə qarşı ölkədə ən böyük əməliyyatlardan birini həyata keçirir.

KAİM.az xəbər verir ki, bu barədə “Die Zeit” məlumat yayıb.

Səhər saatlarında 3 minə yaxın polis əməkdaşı Almaniyada radikal baxışların tərəfdarları ilə əlaqəli ola biləcək 130 ev və mənzildə axtarışa başlayıb. Ümumilikdə 52 şübhəli var, onlardan 25-i həbs edilib.

Jurnalistlər bildirirlər ki, bu, ölkə tarixində ən böyük əməliyyatdır. İddia edilən çevriliş cəhdində tanınmış zadəgan ailələrinin varisləri olan mühüm dövlət xadimlərinin iştirak etdiyi güman edilir.

Ssenariyə görə, onlar Bundestaqı ələ keçirməyi, deputatları girov götürməyi planlaşdırıblar. Sonra əhalini üsyana sövq etmək üçün ölkədə elektrik enerjisini kəsməyi planlaşdırıblar. Onlar AfD-dən (Almaniya üçün Alternativ partiyası) yüksək vəzifəli bir məmuru yeni dövlət başçısı etmək istəyirmişlər. Eyni zamanda, hazırkı hakimiyyətin bəzi əleyhdarları Reyx vətəndaşları olub – onlar Federativ Respublikanı və onun demokratik strukturlarını tanımayan, eləcə də ezoterik qərəzli sui-qəsd nəzəriyyələrinin tərəfdarlarıdır.

Təhlükəsizlik qüvvələri Almaniyada hakimiyyətin devrilməsinə hazırlıqların Rusiya ilə bağlı ola biləcəyini istisna etmirlər, lakin hazırda əllərində sübut yoxdur. Məlumatlara görə, şübhəlilər Moskva ilə əlaqə saxlamağa və dəstək istəməyə çalışsalar da, onlara rədd cavabı verilib. // Publika.az

Bənzər yazılar

Back to top button