Top.Mail.Ru
DÜNYA

Türkiyədə Azərbaycan bayrağını zibil yeşiyinə atan qadının başına OYUN AÇDILAR – ŞOK VİDEO

Türkiyənin Sivas şəhərində asılmış Azərbaycan bayrağını çıxarıb zibil qutusuna atan qadın saxlanılıb.
KAİM.az Kult.az-a istinadən xəbər verir ki, hadisə şahidləri qadının Azərbaycan bayrağını bir neçə yerdən çıxardığını, sakinlərin isə buna dərhal sərt reaksiya verdiklərini bildiriblər.

“Bayraqları söküb zibil yeşiklərinə atırdı, mən də onları oradan çıxardım. Qadının qarşısını almağa çalışdım, məni təhqir etdi. Şahid olan başqa vətəndaşlarla birlikdə polisə ifadə verəcəm”, – hadisə şahidlərindən biri deyib.

Türk polisi də qadına bu hərəkətinə görə sərt reaksiya verib və onu bölməyə aparıb. Daha sonra üçrəngli bayrağımız qardaş Türkiyənin bayrağı ilə yanaşı asılıb.

Qadının ətrafındakı insanlara davranışına əsasən, onun psixoloji problemləri olduğu deyilir.

Sözügedən hadisə ilə bağlı videonu təqdim edirik:


Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button