DÜNYA
DƏHŞƏTLİ HÜCUM! Sərhəddə yerləşən kəndin 58 dinc sakini ÖLDÜRÜLDÜ

Nigeriyanın qərbində naməlum silahlı şəxslərin Mali ilə sərhədə yaxın ərazidə yerləşən kəndə hücumu nəticəsində azı 58 mülki şəxs öldürülüb.
KAİM.az xəbər verir ki, bu barədə yerli hərbi mənbələrdən bildirilib.
Mənbə bildirib ki, silahlılar son həftələr sərhəddə yerləşən kənd sakinlərini onları dəstəkləməyə məcbur edirdilər.
Hadisədən sonra sərhəd bölgəsindəki yaşayış məntəqələrinin təhlükəsizliyi gücləndirilib.