DÜNYA
“Ermənistan və Rusiyanın rəhbərliyi ilə əraziləri geri qaytaracağıq”-BALASANYAN

Müharibədən sonra yaradılan qondarma D.Qarabağın Təhlükəsizlik Şurası ilk dəfə açıqlamalar verib.
KAİM.az xəbər verir ki, “qurum”un sədri, general Vitaliy Balasanyan aşağıdakıları qeyd edib.
“- Müharibəni uduzmağımıza səbəb Erməni liderlərin yanlış siyasətinin nəticəsidir;
– Ermənistan və Rusiyanın rəhbərliyi ilə birlikdə itirilmiş əraziləri geri qaytaracağıq;
– “Artsax” müdafiə ordusu bundan sonra Müdafiə Nazirliyinə deyil, mənim rəhbərliyimdə olan Təhlükəsizlik Şurasına tabe olacaq;
– Ordunun yenidən qurulmasına rəhbərlik edəcəm, ləyaqətsiz komandirlərin orduda qalmasına icazə verməyəcəyəm;
– “Artsax”ın bütün rəsmi orqanlarının “Facebook” səhifələri silinəcək”.
propress.az