Top.Mail.Ru
DÜNYA

Vaşinqtonda atışma zamanı ölənlərin sayı 4-ə çatıb

ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən qarışıqlıqlar zamanı 4 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə Vaşinqton polisinin rəhbəri bildirib.

02:08
Kapitolidə baş vermiş atışma zamanı azı 5 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın “Sky News” telekanalının hadisə yerində olan əməkdaşı bildirib.

Məlumata görə, onlardan biri ağır vəziyyətdədir. Qeyd edilir ki, atışma zamanı sinəsindən ağır xəsarət alan qadın da xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Kapitoli binasında ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq ediblər. Hadisə zamanı bir neçə nəfər də gözündən xəsarət alıb.

Toqquşmalarla əlaqədar ABŞ Senatı iclasını yarımçıq dayandırıb. Daha sonra Nümayəndələr Palatası iclasını yarımçıq kəsib. Hər iki palatanın üzvləri binadan təxliyə ediliblər.

Qeyd edilir ki, Trampın tərəfdarları Kapitoli binasına soxulublar və Senatı əhatəyə alıblar. Tramp etirazçıları dinc hərəkət etməyə çağırıb.

00:15
ABŞ Senatının ardınca Nümayəndələr Palatası da Konqresin binasının daxilində baş verən etirazlara görə iclasını yarımçıq kəsib.

“Report” xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının mətbuat xidməti özünün tvitterdəki hesabında bildirib.

Qeyd edilir ki, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də daxil olmaqla, Konqres üzvləri binadan təxliyyə ediliblər. Daha əvvəl Senatın da iclası yarımçıq kəsilib.

Müxtəlif nəşrlərin jurnalistləri hadisə yerindən bildirib ki, etirazçılar zorla iclasın getdiyi zala girməyə çalışırlar.

Yerli radionun verdiyi məlumata görə, silahlı Kapitoli polisi etirazçılardan Konqresin binasını tərk etməyi tələb edib.

PBS telekanalı isə mənbəyə istinadən Konqres binasında atışmanın baş verdiyi bildirib. Qeyd edilir ki, etirazçılardan biri odlu silahdan açılan atəşlə sinəsindən yaralanıb. Yaralanan şəxs qadındır.

Öz növbəsində Vaşinqton meri Myuriel Bouzer vəziyyətə nəzarət etmək üçün Milli Qvardiya bölmələrini Konqresə göndərməyi xahiş edib. NBC telekanalı isə bildirib ki, Nensi Pelosi də analoji müraciətlə çıxış edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button