Qərbin Rusiyanı PARÇALAMAQ PLANI İŞƏ DÜŞDÜ: SSRİ-nin aqibəti TƏKRARLANIR

O bildirib ki, Qərb Rusiyanı Ukraynaya hücuma həvəsləndirdi:
“2000-ci illərin əvvəllərində Qərb liderləri Putinlə tez-tez görüşür, onunla geniş fikir mübadiləsi aparırdılar. Ancaq Rusiyanın Gürcüstana qarşı başlatdığı müharibə qırmızı çizgilərin aşılması idi. Buna rəğmən, Qərb yenə də Rusiyanı bağışlamağa hazır idi. Təsadüfi deyil ki, Gürcüstana qarşı başlatdığı müharibəyə görə Rusiyaya qarşı sanksiyalar qəbul edilmədi. Bu, Kremli arxayınlaşdırdı və 2014-cü ildə Krımın ilhaqına həvəsləndirdi. Qərb bu dəfə Kremlin şıltaqlığını bağışlamadı və Rusiyaya qarşı sanksiyalar qəbul etdi. Kreml nəticə çıxarmadı və 2022-ci ildə Ukraynaya qarşı işğalçı müharibəyə başladı.
Qərbin bütün bunlardan sonra Rusiyanı zəiflətmək və ya parçalamaq kimi planının olduğunu istisna etmək olmaz. Belə bir plan varsa, bu Rusiyanın Krımı ilhaqından sonra tərtib olunub. Kreml sahibinin narahatlığı “Rusiyanın yerində kiçik dövlətlər yaratmaq istəyirlər” cümləsindən də anlaşılandır. Qərbin SSRİ kimi imperiyanı dağıtmaq təcrübəsi var. Rusiya isə SSRİ-dən güclü dövlət deyil”.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin son müsahibəsində deyib ki, Qərbin məqsədi Rusiyanı parçalamaq və kiçik dövlətlərə bölməkdir. Kreml sahibi Qərbdə Rusiyanın parçalanmasıyla bağlı konkret sənədin olduğunu iddia edib. //Milli.Az