DÜNYA
TƏCİLİ! Hərbi helikopter QƏZAYA UĞRADI-7 nəfər HƏLAK OLDU

Filippində bu ölkənin Hərbi Hava Qüvvələrinə məxsus “UH-1H” helikopterinin qəzaya uğraması nəticəsində yeddi nəfər həlak olub.
KAİM.az REN TV-ə istinadən xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
Bildirilir ki, qəza Bukidnon əyalətinin Mindanao adasının ərazisində baş verib.
Hazırda faciənin səbəbləri araşdırılır.