DÜNYA
Hindistan və Çin arasında HƏRBİ TOQQUŞMA-Çoxsaylı ÖLÜ və YARALILAR VAR

Hindistan və Çin sərhəd qüvvələrinin əsgərləri arasında toqquşmalar baş verib.
KAİM.az xəbər verir ki, bu barədə Hindistanın “Latestly” portalı xəbər yayıb.
Bildirilir ki, Naku-La keçidində Çin hərbçiləri Hindistan ərazisini ələ keçirməyə cəhd ediblər və Hindistan hərbçiləri onları dayandırıb.
Loading...
Yazının davamı reklamdan sonra
Qarşıdurmalarda 20 çinli və 4 hindistanlı əsgər yaralanıb.
Ərazidəki vəziyyətin artıq nəzarət altında olduğu qeyd edilir.
Digər təfərrüatlar barədə məlumat verilmir.