Top.Mail.Ru
DÜNYA

ABŞ vətəndaşlarının bir qismini Nigerdən təxliyə edəcək

ABŞ bəzi vətəndaşlarını səfirlik əməkdaşları və onların ailə üzvləri ilə birlikdə çarter reysləri ilə Nigerdən çıxarmaq niyyətindədir.

Kaim.az TASS-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, Birləşmiş Ştatların xarici siyasət orqanının nümayəndələri, dəqiq say göstərilməsə də, Nigerdə ​​yüzlərlə ABŞ vətəndaşı ilə telefonla əlaqə saxlayıblar. Onlardan bəziləri ölkədə qalmaq istəyini bildirib. Nigerdə ​​yaşayan amerikalıların çoxunun ikili vətəndaşlığı var. Nigeri tərk etmək istəyənlər bunu diplomatlar və onların ailələri üçün gələcək təyyarələr ilə edə biləcəklər.

Bənzər yazılar