Top.Mail.Ru
DÜNYA

Daşqınlar və torpaq sürüşmələri nəticəsində 50-dən çox adam öldü

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında güclü yağış və külək nəticəsində yaranan daşqınlar və torpaq sürüşmələri baş verib.

BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, 50-dən çox insan həyatını itirib, 20-dən çox insan isə köməksiz vəziyyətdə qalıb. Hakimiyyət orqanları ölənlərin sayının artmasından narahatlığını bildirib.

Rəsmi qurumlar ölənlərin sayının artacağını deyib. Axtarış xilasetmə əməliyyatları zamanı14 nəfərin cəsədi tapılıb.

Səlahiyyətlilər güclü yağışlarla bağlı xəbərdarlıq edərək, vətəndaşları çay sahillərindən uzaq durmağa çağırıb.Digər tərəfdən, əyalətin fövqəladə əməliyyat mərkəzi təbii fəlakət səbəbindən ştatda 752 yolun bağlandığını bildirib.

Səfərova Sevda

Bənzər yazılar